Ordu.az xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.
Onun sözlərinə görə, bu hücumlar uzun çəkməz.
“İsrail və ABŞ-nin hava zərbələri imkanları qeyri-məhdud deyil, raketlərin və hava hücumundan müdafiə vasitələrinin sayı məhduddur.
Bu hücum böyük ziyan vura bilər, lakin dövlətçiliyi məhv edə bilməz.
İran ABŞ və İsrailin bazalarına, qoşunlarına, donanmasına və iqtisadi maraqlarına zərbələr endirməyə davam edəcək. Müəyyən məqamda müharibə dayanacaq, çünki ABŞ və İsrail bunu davam etdirə bilməyəcək”, - deyə Ayvazyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az