Azərbaycan hökuməti İrandan təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar ayırıb

2026/03/Ekran-1772450717.jpg
Oxunub: 330     14:52     02 Mart 2026    
İrandan Azərbaycan vasitəsilə təxliyə olunan şəxslər üçün xüsusi avtobuslar səfərbər edilib.

Ordu.az xəbər verir ki, fevralın 28-dən bu ana qədər təxliyə edilmiş Azərbaycan və digər ölkələrin vətəndaşları 7 avtobusla Bakıya çatdırılıblar.

Daha bir avtobus bir müddət əvvəl "Astara" sərhəd-keçid məntəqəsindən Bakıya doğru istiqamət götürüb.

Məlumata görə, məntəqə ərazisində daha beş avtobus müvafiq zolaqda gözləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin