Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, hərbi ekspert Armen Ayvazyan deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İran İslam Respublikasını artıq devirdikləri barədə bəyanatları özünü doğrultmur.
“Rəhbərlik zənciri qorunur. Bu mərhələdə müxalif radikal qüvvələrin etiraz aksiyaları keçirməsi istisnadır. Əksinə, bu, daha çox sərtləşməyə gətirib çıxaracaq.
ABŞ-nin ümidi etnik azlıqlardır, amma bu da çətin reallaşar. Yeganə variant quru hərbi müdaxilə olardı, lakin belə bir hal baş vermir”, - deyə Ayvazyan qeyd edib.
Ayvazyan bildirib ki, hazırda İran ərazisinə quru müdaxilə ehtimalı görmür: “İki problem var: ölkənin ərazisi və ordusu. Dəniz istiqaməti mümkün ola bilər, lakin ABŞ aviadaşıyıcısını yüzlərlə kilometr uzaqda saxlayıb, yaxınlaşmağa belə çəkinir”.
Alpər Mövludoğlu
Ordu.az