Ermənistan İrana humanitar yardım təklif edib

2026/03/photo-1772446921.jpg
Oxunub: 347     13:57     02 Mart 2026    
İran və Ermənistan xarici işlər nazirləri Abbas Əraqçi və Ararat Mirzoyan telefon danışığı aparıblar.

Bu barədə Ordu.az İranın Ermənistandakı səfirliyinin bəyanatına istinadən xəbər verir.

Ermənistanlı nazir İrəvanın istənilən humanitar yardım göstərməyə hazır olduğunu bildirib və İran ətrafındakı böhranın diplomatik yolla həllinə ümid etdiyini ifadə edib.

İran XİN başçısı Abbas Əraqçi isə öz növbəsində ölkənin tammiqyaslı müharibə vəziyyətində olduğunu və müdafiəyə davam edəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin