Ermənistan Müdafiə Nazirliyi İranda baş verən hadisələrlə bağlı: Müvafiq qurumlar zəruri işləri həyata keçirir

2026/03/Ekran-1772446525.jpg
Oxunub: 347     14:13     02 Mart 2026    
“Bəlkə diqqət yetirməmisiniz ki, Təhlükəsizlik Şurasının iclası keçirilib və təbii olaraq müvafiq qurumlar narahatlıqlarınızı aradan qaldırmaq üçün çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini Arman Sarkisyan bölgədə gərginlik olduğu halda müdafiə nazirinin icmaları gəzməsi və mümkün təhlükə zamanı Ermənistanın necə müdafiə olunacağına dair plan hazırlamaması ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.

“Ermənistanda sülh var və istəyirəm ki, biz bu reallığı nəzərə alaraq irəliləyək. Yenə də təkrar edə bilərəm ki, müvafiq qurumlar zəruri işləri görür və ölkədə sülh mövcuddur”, - deyə Sarkisyan bildirib, lakin digər suallara cavab verməyib.

Jurnalistlər həmçinin soruşublar ki, İranda baş verən hadisələrlə əlaqədar Ermənistan ordusu ən yüksək hazırlıq səviyyəsinə gətirilibmi və İrandan Ermənistana keçməyə cəhd edən şəxslər olubmu?

Sarkisyan suala cavab verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin