“Ümid edirəm ki, Təhlükəsizlik Şurasının iclasında Ermənistan üçün yaranan yeni təhdidlər barədə təsəvvürləri olub” - Zakaryan

2026/01/1769667254.jpg
Oxunub: 334     14:10     02 Mart 2026    
“İnanılmaz hesab edirəm, amma yenə də azacıq ümid etmək istəyirəm ki, bu gün çağırılmış Təhlükəsizlik Şurasının iclasında ən azı Ermənistan üçün yaranan yeni çağırış və təhdidlər barədə minimal təsəvvürləri olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Artak Zakaryan yazıb.

Onun sözlərinə görə, Ermənistanın ətrafında və regionda vəziyyət kifayət qədər mürəkkəbdir və çoxssenarili inkişaflarla doludur.

“Müharibə uzun çəkməyə bilər, lakin artıq miqyas alıb və region üçün yeni vəziyyət yaradıb. Düşünürəm ki, regional dövlətlər arasında, o cümlədən təhlükəsizlik, kommunikasiya, enerji və sivilizasiya baxımından münasibətlərin yenidən nəzərdən keçirilməsi zərurəti yaranacaq.

Bu vaxta qədər Ermənistanın həll etməli olduğu mühüm məsələlər var:

a) neytrallığın qorunması

b) maraqlı tərəflərdən mümkün təxribatların qarşısını almağa hazırlıq

c) münaqişə tərəflərinin müxtəlif xidmətləri və digər maraqları arasında “hesablaşma” meydanına çevrilməmək

d) mümkün qaçqın axınlarının idarə olunması, xaotik gediş və miqyas halında qarşısının alınması

e) ərzaq və yanacaq ehtiyatlarının təminatı ilə bağlı mümkün məsələlərdə qabaqlayıcı həllərin müəyyənləşdirilməsi”, - deyə Zakaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin