Ermənistan MN rəsmisi şəxsləri təlim toplanışlarından azad etmək üçün qanunsuz ödəniş alıb

2025/05/1748073138.jpg
Oxunub: 316     13:12     02 Mart 2026    
Ermənistan Antikorrupsiya Komitəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə aparılan istintaqla əsaslandırılıb ki, Ermənistan Müdafiə Nazirliyinin ərazi hərbi komissarlığının inzibati-təsərrüfat qrupunun rəisi, vəzifəli şəxsə guya malik olduğu təsirdən istifadə etmək məqsədilə, yaxın adamının köməyi ilə təlim toplanışlarına çağırılmış şəxslərin valideynlərindən qanunsuz mükafat kimi 560.000 dram alıb, həmçinin həmin şəxsləri təlim toplanışlarından azad etmək üçün 765.140 dram tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Məlumata görə, Ermənistan MN-nin vəzifəli şəxsə Ermənistan Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 3-cü bəndləri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, iş üzrə ictimai cinayət təqibi həmçinin təlim toplanışlarından yayınmış şəxslərə, eləcə də onların valideynlərinə qarşı da başlanıb. Onlar oğullarının xeyrinə qanunsuz hərəkət etmək, yəni onları təlim toplanışlarından azad etdirmək üçün vəzifəli şəxsə vasitəçinin köməyi ilə qanunsuz mükafat veriblər.

Ermənistan MN rəsmisi və daha 4 nəfər barəsində ibtidai istintaq başa çatdırılıb və iş materialları ittiham aktı ilə birlikdə Ermənistan Antikorrupsiya Məhkəməsinə göndərilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin