Sloveniyada Xocalı soyqırımı haqqında məlumatlandırma aksiyası keçirilib - FOTOLAR

2026/03/slove-8862210610.jpg
Oxunub: 293     12:49     02 Mart 2026    
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi küçələrində yerləşən rəqəmsal reklam lövhələrində məlumatlandırma aksiyası keçirilib.

Ordu.az xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Rəqəmsal lövhələrdə bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı ilə bağlı tarixi faktları əks etdirən məlumatlar yayımlanıb, amansızcasına qətlə yetirilən günahsız insanlar dərin hörmətlə yad olunub. Lövhələrdə “Heç bir münaqişə günahsız insanların həyatına son qoymasın” şüarı yer alıb. Xocalıda insanlıq əleyhinə törədilən cinayətlər barədə daha geniş bilgi əldə etmək üçün QR kod yerləşdirilib. Maarifləndirici materiallar şəhərin 28 müxtəlif nöqtəsində nümayiş olunub.

Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov bildirib ki, Xocalı faciəsi yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin ağrısıdır. Bu həqiqətlərin dünyaya çatdırılması, soyqırımı qurbanların xatirəsinin yaşadılması hər kəsin borcudur.

Aksiya şəhər sakinlərinin Xocalı soyqırımı barədə dolğun məlumat əldə etməsinə töhfə verib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sloveniya   Xocalı  


Bizi "telegram"da izləyin