Ordu.az-ın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə səhifəsində məlumat verilib.
"Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı Səfirliyi bugün və sabah (2 mart, 3 mart) konsulluq xidmətlərinin göstərilməsini dayandırır", - bəyanatda qeyd olunur.
***
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Ordu.az-ın məlumatına görə, bu barədə səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.
"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - səfirliyin açıqlamasında bildirilib.
Ordu.az