Son iki saatda İrandan Azərbaycana daha 50 nəfər təxliyə edilib - YENİLƏNİB

2026/03/Ekran-1772433211.jpg
Oxunub: 1870     00:08     03 Mart 2026    
Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub.

Ordu.az-ın məlumatına görə, Onlardan 7-si Azərbaycan, 10-u Tacikistan, 11-i Rusiya, 17-si Çin, 5 nəfəri isə Serbiyanın Irandakı diplomatik korpusunun nümayəndələridir.

Son 3 saat ərzində təxliyə olunanlardan 5-i azyaşlıdır.

***

Martın 2-si saat 19:00-dan 21:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 10 nəfər təxliyə olunub.

Ordu.az-ın məlumatına görə, təxliyə olunanlardan üçü Azərbaycan, yeddisi isə Rusiya vətəndaşıdır.

Məlumata görə, onlardan ikisi azyaşlıdır.

***

Martın 2-si saat 17:00-dan 19:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 100-də çox xarici ölkə vətəndaşı təxliyə olunub.

Ordu.az-ın məlumatına görə, bunlar Rusiya, Çin və Pakistan vətəndaşlarıdır.

Təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir. Son olaraq 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan keçməklə ölkələrinə yola salınıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si saat 14:00-a qədər İrandan ümumilikdə 370 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

***

Martın 2-si saat 14.00-dan 17.00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsindən 10-a yaxın Çin, 15 Pakistan, 6 Azərbaycan vətəndaşı təxliyə olunub.

Ordu.az-ın məlumatına görə, təxliyə zamanı bir əcnəbiyə səhhətində yaranan problemlə bağlı yerində tibbi yardım göstərilib.

***

Son üç saat ərzində Astara Sərhəd Gömrük keçid məntəqəsindən 10 azərbaycanlı, bu dəqiqələrdə 5 Çin, 10 Rusiya, 4 Tacikistan vətəndaşı təxliyə olunub.

Bu barədə Ordu.az xəbər verir.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən fevralın 28-dən martın 2-si səhər saat 10:00-a qədər İrandan ümumilikdə 312 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

***

Astara Sərhəd Gömrük keçid məntəqəsindən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir.

Ordu.az-ın məlumatına görə, bu dəqiqələrdə keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Bu gecə həmçinin 50 Çin vətəndaşı da təxliyə olunub.

***

Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.

Ordu.az-ın məlumatına görə, hazırda Rusiya vətəndaşlarının böyük bir qrupunun keçidi gözlənilir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin