Ermənistan xarici işlər naziri kanadlı həmkarı ilə telefon danışığı aparıb

2026/02/1772304398.jpg
Oxunub: 406     22:22     28 Fevral 2026    
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Kanadanın xarici işlər naziri Anita Anand ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edərək, böhran şəraitində sıx qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

“Nazir Mirzoyan mövcud vəziyyətin danışıqlar və sülh yolu ilə həllinə nail olmağın əhəmiyyətini qeyd edib. Nazir Mirzoyan Ermənistanın ehtiyac duyulduğu təqdirdə Kanada vətəndaşlarının Ermənistan ərazisindən təxliyə edilməsinə dəstək verməyə hazır olduğunu bildirib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kanada  


Bizi "telegram"da izləyin