Ərdoğan: "Xocalı qətliamını heç vaxt unutmayacağıq"

2025/06/1750338846.jpg
Oxunub: 407     17:31     26 Fevral 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, prezident bu barədə "X" sosial media hesabında yazıb.

"Xocalı qətliamının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızı rəhmət və dərin hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Ağrısını hər zaman qəlbimizin ən dərinində hiss edəcəyimiz bu insanlıqdan uzaq qətliamı heç vaxt unutmayacağıq", - paylaşımda qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Xocalı  


Bizi "telegram"da izləyin