Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd edilib ki, münaqişədən sonrakı bərpa və barışığın təmin edilməsi kontekstində həmsöhbətlər bütün humanitar məsələlərin həllinin vacibliyini vurğulayıblar.
“Ermənistan XİN rəhbərinin müavini Robert Abisoğomonyan həmçinin bildirib ki, Ermənistan qəbul etdiyi konstruktiv siyasətə sadiqdir və beynəlxalq humanitar təşəbbüslərdə öz töhfəsini verməyə hazırdır. O, humanitar məsələlər üzrə əməkdaşlığın siyasiləşdirilməməli olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az