Ermənistan səfiri ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi ilə görüşüb

2026/02/1772089109.jpg
Oxunub: 424     10:56     26 Fevral 2026    
Fevralın 25-də Ermənistanın ABŞ-dəki səfiri Narek Mkrtçyan ABŞ Maliyyə Nazirliyində maliyyə nazirinin müavini Rebeka Börç ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan-ABŞ iqtisadi və maliyyə əməkdaşlığına dair məsələlər, Ermənistanda həyata keçirilən islahatlar, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“Səfir və Rebeka Börç Ermənistan-ABŞ qarşılıqlı faydalı sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və müvafiq qurumlar arasında dialoqun möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin