“Rus hərbi bazasının mövcudluğu ilə bağlı hər hansı planımız yoxdur, narahatlığımız da yoxdur” - Paşinyan

2026/02/1771237235.jpg
Oxunub: 461     10:54     26 Fevral 2026    
“2024-cü ilə qədər sərhəd-keçid məntəqələrinin böyük hissəsi Rusiyanın nəzarəti altında idi və ya məsələn, beynəlxalq hava limanımızda rus sərhədçilərinin iştirakı mövcud idi. Lakin hazırda Ermənistanın bütün sərhəd-keçid məntəqələri Ermənistan sərhədçiləri tərəfindən nəzarət olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Polşada xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə Rusiyanın hərbi mövcudluğu ilə bağlı suala cavab verərkən bildirib.

“Əlbəttə, biz 90-cı illərin əvvəllərində yeni müstəqil dövlət kimi həmin xidmət növünü göstərmək imkanına malik olmadığımız üçün oradakı mövcudluğa görə Rusiya Federasiyasına minnətdarıq. Lakin hazırda biz bunu bacarırıq və öz imkanlarımızı inkişaf etdiririk.

Rus hərbi bazasına gəldikdə isə, onun mövcudluğu ilə bağlı hər hansı planımız və ya proqramımız yoxdur, həmçinin narahatlığımız da yoxdur”, - deyə Paşinyan qeyd edib və Ermənistanın Rusiya ilə sıx tərəfdaş olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin