Türkiyə XİN: Xocalıda yaşanan vəhşət vicdanlarda qara ləkə olaraq qalır

2024/10/1730188236.jpg
Oxunub: 373     10:01     26 Fevral 2026    
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı qətiyyətlə pisləyirik. Xocalıda yaşanan vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmaqda davam edir.

Qətlə yetirilən 613 qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.

Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik", - paylaşımda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Xocalı  


Bizi "telegram"da izləyin