Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

2026/02/1772086290.jpg
Oxunub: 352     09:56     26 Fevral 2026    
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik", - paylaşımda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Xocalı  


Bizi "telegram"da izləyin