Paşinyanın müavini Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat üzrə naziri ilə görüşüb

2026/02/1771601385.jpg
Oxunub: 323     19:27     20 Fevral 2026    
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avrasiya İqtisadi Komissiyasının inteqrasiya və makroiqtisadiyyat üzrə naziri Daniar İmanaliyevi qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı 2025-ci ildə Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin qeydə aldığı əsas makroiqtisadi göstəricilər, iqtisadi artım meylləri, eləcə də xarici ticarətin dinamikası müzakirə olunub.

“Tərəflər qlobal iqtisadi inkişaflar və qlobal çağırışların mümkün təsirləri barədə fikir mübadiləsi apararaq AİB çərçivəsində əlaqələndirilmiş siyasətin vacibliyini vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin