Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, görüş zamanı daxili siyasi proseslər, sosial problemlər və partiyanın fəaliyyət istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edilib ki, müzakirələrin əsas mövzusu Erməni Apostol Müqəddəs Kilsəsi ətrafında yaranmış vəziyyət və mövcud rejimin həyata keçirdiyi təqiblər olub. Artur Vanetsyan kilsənin erməni xalqının tarixində və milli kimliyinin qorunmasında rolunun vacibliyini vurğulayaraq öz qəti mövqeyini təqdim edib.
“Bizi digər millətlərdən fərqləndirən xüsusiyyətimiz dilimiz və kilsəmizdir, biz hər nə bahasına olursa-olsun kimliyimizi qorumalıyıq”, - deyə Vanetsyan vurğulayıb.
Vanetsyan qeyd edib ki, problemlərin həllinə nail olmaq üçün ilk növbədə mövcud rejimdən xilas olmaq lazımdır.
Vanadzorlu qadınlar ictimai, sosial və siyasi proseslərdə aktiv fəaliyyətlərini davam etdirməyə hazır olduqlarını və bu yolda qətiyyətlərini ifadə ediblər.
Alpər Mövludoğlu
Ordu.az