Səfir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib

2026/02/1771418135.jpg
Oxunub: 383     16:10     18 Fevral 2026    
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov görüş zamanı XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər.

Ordu.az-ın məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"XIII Qlobal Bakı Forumuna hazırlığı, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda həmrəyliyin, beynəlxalq hüququn və ədalətli sülhün bərpasının əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin