Azərbaycan Suriyanın dövlət enerji müəssisəsinin rəhbərliyi ilə danışıqlar aparıb

2026/02/1771319416.jpg
Oxunub: 317     13:09     17 Fevral 2026    
Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın dövlət enerji şirkətinin baş direktoru Xalid Abu Di ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında məlumat verilib.

"Bu gün Suriya Ərəb Respublikasının Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Dövlət Müəssisəsinin baş direktoru Xalid Abu Di ilə faydalı görüş keçirməyimdən məmnun oldum", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Suriya  


Bizi "telegram"da izləyin