Ordu.az xəbər verir ki, bu barədə “Politnavigator” nəşri yazıb.
Nəşrə görə, hazırda Zəngəzurda “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) işə salınır.
“İrəvanın Moskva ilə bağlarını qoparması istiqamətində real addım tərəflər arasında nüvə energetikası sahəsində dinc əməkdaşlıq haqqında memorandumun imzalanması olub. Bu sənəd sovet dövründən qalan AES-in ləğvini və ölkənin Türkiyənin enerji şəbəkələrinə qoşulmasını nəzərdə tutur. Bunun baş verəcəyi barədə nə baş verəcəyini biz əvvəllər dəfələrlə yazmışdıq və rusiyalı iş adamı Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin “milliləşdirilməsi”ni şərh etmişdik.
Bunun əvəzində Vaşinqton İrəvana modul tipli AES tikməyi təklif edib. Bu layihə imkanları məhdud olan ölkə üçün 9 milyard dollar dəyərindədir və texnologiyaların inkişaf etmiş olmaması, həmçinin bu cür obyektlərin inşasında təcrübə çatışmazlığı səbəbindən ümumiyyətlə reallaşmaya da bilər. Bu “aldatma”nın məqsədi Ukraynanın NATO və Aİ tərkibinə daxil edilməsi ilə bağlı əvvəlki vədlərdə olduğu kimi, Ermənistanı dərhal Rusiyaya qarşı cənubdan açılmış cəbhəyə cəlb etməkdir”, - deyə müəllif bildirib.
Nəşrin yazdığına görə, ehtimal olunur ki, “Tramp yolu”nun qurulması və istismara verilməsi xərclərini Bakı öz üzərinə götürəcək.
“Bu məqsədlə Vens və İlham Əliyev Strateji tərəfdaşlıq xartiyasını imzalayıblar. Sənədə əsasən, ABŞ Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir, eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsi, energetika və texnologiyalar sahəsində əməkdaşlıq niyyəti təsbit olunur.
Təsadüfi deyil ki, Vens İlham Əliyevi Ankara və Təl-Əvivlə eyni vaxtda münasibətlər qurmağı bacaran, həmçinin bölmələrini Əfqanıstana göndərərək ABŞ ordusuna dəstək verən müstəsna Prezident kimi xarakterizə edib”, - deyə KİV vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az