Erməni siyasi xadim: “Erməni səsi” partiyası 2026-cı il parlament seçkilərində iştirak edəcək”

2019/03/45645-1552375054.jpg
Oxunub: 333     12:29     16 Fevral 2026    
“2023-cü ilin aprelində biz “HayaKve” vətəndaş təşəbbüsünə başladıq. Vətəndaşlardan böyük dəstək alsaq da, hazırkı hakimiyyət parlamentdə təqdim etdiyimiz qanun layihəsini pozaraq Qarabağ məsələsini birdəfəlik bağlamağa cəhd göstərdi”.

Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi xadim Avetik Çalabyan yazıb.

“2024-cü ilin sentyabrında biz yenidən təşkilatlanaraq milli siyasi birlik kimi fəaliyyətə başladıq və milli kimlik, demokratiya, insan hüquqları, sosial ədalət kimi bir çox məsələlər üzrə məsuliyyəti üzərimizə götürdük. 2025-ci il gərgin mübarizə şəraitində keçdi, biz daim mübarizənin ön cəbhəsində olduq. Ardıcıl fəaliyyətimizə mane olmaq üçün hakimiyyət tərəfindən hətta ayrıca qanun da qəbul edildi.

İndi növbəti addımı atmağın vaxtıdır. Ötən gün birliyimizin tərkibində fəaliyyət göstərən “Erməni səsi” partiyasının qurultayı keçirildi. Qurultayda partiyanın yeni nizamnaməsi və siyasi proqramı təsdiqləndi, rəhbər orqanları seçildi, həmçinin 2026-cı il ümumölkə seçkilərində iştirakla bağlı rəsmi qərar qəbul olundu. Bununla biz birliyimizin siyasi qanadını formalaşdırdıq və ölkəmizin təhlükəsiz, azad və ədalətli gələcəyi üçün birbaşa siyasi məsuliyyət götürmək qərarına gəldik.

Yaxın günlərdə proqramlarımızı və siyasi komandamızın üzvlərini təqdim etməyə başlayacaq, yaxınlaşan taleyüklü seçkilərə hazırlaşacağıq” - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çalabyan   Ermənistan  


Bizi "telegram"da izləyin