Erməni politoloq: “TRIPP mahiyyətcə elə həmin Zəngəzur dəhlizidir ki, onun idarəçiliyini ABŞ hökuməti üzərinə götürüb”

2026/02/1771220139.jpg
Oxunub: 401     09:33     16 Fevral 2026    
“TRIPP mahiyyətcə elə həmin Zəngəzur dəhlizidir ki, onun idarəçiliyini ABŞ hökuməti üzərinə götürüb”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, konstitusiya məsələləri üzrə mütəxəssis Vardan Poğosyan deyib.

Onun sözlərinə görə, TRIPP adı altında Ermənistana Zəngəzur dəhlizini satırlar, burada Ermənistanın heç bir marağı və üstünlüyü yoxdur.

“Bundan ABŞ, Türkiyə və Azərbaycan qazanır, Ermənistan, İran, Rusiya, həmçinin Çin və Hindistan isə itirir.

Paşinyan konstitusiyanı türklərin və azərbaycanlıların tələbi ilə dəyişmək istəyir ki, müstəqillik bəyannaməsi oradan çıxarılsın. Əgər bir siyasi qüvvənin hazırkı “Vətəndaş Müqaviləsi” kimi mütləq çoxluğu varsa, sistemin prezident və ya parlamentli olması fərq etmir, hər şey həmin hakimiyyəti həyata keçirən insanlardan asılıdır”, - deyə Poğosyan qeyd edib.

Poğosyan bildirib ki, həqiqətən hakimiyyət dəyişikliyi istəyən bütün müxalif qüvvələr öz şanslarını real qiymətləndirməlidirlər.

“Ən azı 3-4 müxalif qüvvə seçki mübarizəsinə daxil olacaq. Çox vacibdir ki, bu qüvvələrin parlamentə daxil olduqdan sonra Nikol Paşinyanla heç bir razılaşmaya getməyəcəklərinə dair yazılı sazişləri olsun”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TRIPP   Zəngəzur-dəhlizi  


Bizi "telegram"da izləyin