Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu mərhələdə partiyanın təxminən 1100 nümayəndəsi “Vətəndaş Müqaviləsi”nin qərargahına gələrək 276 nəfərlik siyahıdan 50 namizəd seçib. Nəticədə, toplanan səslərin sayına görə (ən çox səs toplayandan ən aza doğru) partiyanın ilkin siyahısı reytinq əsasında formalaşdırılacaq.
Qeyd edilir ki, ilk 50 namizəd isə artıq mart ayında partiyadaxili platformada təbliğat kampaniyası aparacaq. Bundan sonra nümayəndələr həmin 50 nəfər arasından yenidən seçim edərək, kimin baş nazirliyə namizəd olacağını və siyahıda kimlərin hansı yerləri tutacağını müəyyənləşdirəcəklər.
Səsvermənin ilkin nəticələrinə (toplanan səslərə) görə ilk onluğu təqdim edirik:
Nikol Paşinyan - 894
Suren Papikyan - 780
Gevorq Papoyan - 765
Ararat Mirzoyan - 743
Vahaqn Aleksanyan - 697
Ruben Rubinyan - 687
Arayik Harutyunyan - 668
Hayk Koncoryan - 663
Alen Simonyan - 628
Arsen Torosyan - 620
Alpər Mövludoğlu
Ordu.az