Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Ermənistandan sıfır sayda insan deportasiya edilib. Əgər şəxs qanunlarımızı pozmursa, ona qarşı cinayət işi açılmır. İnsanların saxlanıldığı vəziyyətlər olub, lakin şərait aydınlaşdırıldıqdan sonra həmin nadir hallar onların sərbəst buraxılması ilə nəticələnib”, - deyə Simonyan bildirib.
O vurğulayıb ki, Ermənistanda axtarışda olan bir çox şəxs, zorakılıq, qətl və korrupsiyada ittiham olunan keçmiş siyasətçilər hazırda məhz Rusiya Federasiyasında gizlənirlər.
“Sizə zəmanət verirəm, siyasi motivlərlə heç bir şəxs həbs olunmayacaq və hər hansı digər üçüncü ölkəyə deportasiya edilməyəcək. Mən buna görə sizə rəsmən zəmanət verirəm. Bizə çox sayda insan, bir çox artistlər, “xarici agent” və sair elan edilmiş bir çox tanınmış şəxslər gəlir. Onlar burada konsertlər verirlər”, - deyə Ermənistan parlamentinin spikeri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az