Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan “Azadlıq” radiosuna Baş nazir Nikol Paşinyanın ötən gün keçmiş prezidentlərlə bağlı səsləndirdiyi bəyanata münasibət bildirərkən deyib.
Paşinyan ötəngünkü mətbuat konfransında iddia etmişdi: “2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra artıq siyasətlə məşğul olan keçmiş prezident görməyəcəksiniz”. O, həmçinin əminliyini ifadə edib ki, bütün keçmiş hakimiyyət nümayəndələri siyasətdən qəti və birdəfəlik kənarlaşdırılacaqlar.
Alpər Mövludoğlu
Ordu.az