Erməni nazir: “Biz deyə bilmərik, gəlin, məsələn, hansısa ölkənin xatirinə öz maraqlarımızı qurban verək”

2025/12/1765794255.jpg
Oxunub: 351     21:06     15 Fevral 2026    
“Əgər Rusiya investisiya qoya və sistemi elə idarə edə bilsə ki, yüklər Ermənistan ərazisindən keçsin və biz bundan siyasi, iqtisadi və təhlükəsizlik baxımından fayda əldə edək, bizim problemimiz yoxdur”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün “Vətəndaş Müqaviləsi” partiyasının ofisində jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

“Problem ondadır ki, biz deyə bilmərik, gəlin, məsələn, hansısa ölkənin xatirinə öz maraqlarımızı qurban verək. Bunu deyə bilmərik. İstənilən halda tərəzinin bir gözünə Ermənistanın və ABŞ-nin maraqları qoyularsa, biz Ermənistanın maraqlarını müdafiə edəcəyik, Ermənistanla Rusiyanın maraqları qoyularsa, Ermənistanla Çinin maraqları qoyularsa, yenə Ermənistanın maraqlarını müdafiə edəcəyik. Hamını çox sevirik, hamıya hörmətimiz var, amma istənilən halda tərəzidə Ermənistanla hər hansı dost, tərəfdaş və ya strateji müttəfiq arasında seçim olarsa, biz öz marağımızı üstün tutacağıq”, - deyə erməni nazir bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, dəmir yolunun idarəçiliyini Ermənistan və Rusiya ilə dost olan hər hansı bir ölkənin alması yaxşı olardı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin