Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Aparıcının sözlərinə görə, RT-nin rəhbəri Marqarita Simonyan Ermənistan rəhbərliyinin əsas tənqidçilərindən biridir. O, mütəmadi olaraq Ermənistan hakimiyyəti, ölkə və şəxsən Baş nazir barəsində açıqlamalar verir. Jurnalist qeyd edib ki, Simonyan da cavab olaraq rusiyalı təbliğatçılar Solovyov və Duqin haqqında “... na paloçke” ifadəsini işlədib və bunun açıq şəkildə gərginlik yaratdığını bildirib.
Ermənistan parlamentinin sədri vurğulayıb ki, o, adıçəkilən şəxslərin ünvanına söyüş işlətməyib.
“Əgər mənim təmsil etdiyim ölkəyə təhdidlər səsləndirilirsə və bunu ən yüksək səviyyədə, yəni həmin şəxslər mövcud hakimiyyətin sözçüləri və ruporları hesab olunduqları halda edirlərsə, eyni zamanda hakimiyyət bunun ayrı-ayrı şəxslərin fikri olduğunu deyirsə, onda niyə onlara eyni dillə cavab verməyək?”, - deyə Simonyan bildirib.
Xatırladaq ki, Duqin daha əvvəl Azərbaycanla münasibətlərin pisləşməsinə görə təəssüfünü ifadə etmişdi.
Öz növbəsində Solovyov diplomatik qalmaqala səbəb olan açıqlama verərək demişdi ki, “Ermənistanın itirilməsi Rusiyanın maraqlarına uyğun deyil və Rusiya yalnız Ukraynada deyil, həm də Rusiyanın təsir zonası hesab olunan ərazilərdə beynəlxalq hüquqa məhəl qoymadan xüsusi hərbi əməliyyat həyata keçirməlidir”.
Alpər Mövludoğlu
Ordu.az