Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

2023/11/1700054203.jpg
Oxunub: 625     18:18     15 Fevral 2026    
Birinci vitse-prezident Mehriban Əliyevaya təxribatçı sual verməyə çalışan jurnalist arzuolunmaz vəziyyətə düşüb.

Ordu.az xəbər verir ki, Münxendə Birinci vitse-prezidentə yaxınlaşan jurnalist Emin Hüseynov özünü təqdim edərərək təxribatçı sual verməyə çalışıb.

Mehriban Əliyeva provokativ sual verməyə hazırlaşan jurnalistə belə cavab verib: "Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram" .

Bundan sonra Birinci vitse-prezident Mehriban Əliyeva oradan uzaqlaşıb.

Qeyd edək ki, Emin Hüseynov istintaqdan gizlənmək üçün bir neçə il əvvəl parik taxaraq və qadın paltarı geyinərək İsveçrənin Azərbaycandakı səfirliyinə sığınıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mehriban-Əliyeva  


Bizi "telegram"da izləyin