"Haber Global": İlham Əliyevin Kallasla görüşündə Aİ ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

2026/02/1771165126.jpg
Oxunub: 391     16:42     15 Fevral 2026    
Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İham Əliyevin Münxendə keçirdiyi görüşlərə aid videomaterial hazırlayıb.

Ordu.az xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenski və Avropa diplomatiyasının rəhbəri Kaya Kallasla görüşləri yer alıb.

Videomaterialda V. Zelenskinin Ukraynaya verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür etdiyi bildirilib.

İlham Əliyevin Avropa diplomatiyasının rəhbəri ilə görüşündə isə Cənubi Qafqazda davamlı sülhün əldə olunması məsələsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Daha ətraflı videoda:


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Kallas  


Bizi "telegram"da izləyin