Ermənistan AŞ-nin süni intellekt sahəsində insan hüquqlarının müdafiəsi haqqında konvensiyasını imzalayıb

2026/01/1769594310.jpg
Oxunub: 340     13:52     28 Yanvar 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının "Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında" Çərçivə Konvensiyasını imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşündən sonra sosial şəbəkədə bildirib.

"Süni intellekt, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında" Çərçivə Konvensiyasını imzalamaqdan məmnunam. Cənubi Qafqazdakı dinamikanı, o cümlədən sülhün daha da institusionallaşdırılmasını müzakirə etdik", - o qeyd edib.

Bu günə qədər Çərçivə Konvensiyasını Avropa Şurasının üzv və müşahidəçi dövlətləri də daxil olmaqla 17 ölkə imzalayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin