Ermənistan KİV-i: Son illərdə Paşinyan və onun ətrafı nə sentyabrın 27-də, nə də yanvarın 28-də “Yerablur”u ziyarət ediblər

2026/01/1769577768.jpg
Oxunub: 322     09:28     28 Yanvar 2026    
“Ötən həftə parlament hakim fraksiydan olan deputat Ruben Rubinyan və 44 günlük müharibədə ölmüş Abqar Nazaryanın atası Geğam Nazaryanın müəllifi olduqları qanunun qəbulu ilə 27 yanvar tarixini rəsmi şəkildə “Ölkənin müdafiəsi uğrunda ölənlərin xatirə günü” kimi tanıyıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, bildirilib ki, həmin gün müxtəlif illərdə hərbi əməliyyatlar zamanı ölənlərin xatirəsi yad ediləcək.

“Rubinyan demişdi: “Yanvarın 27-ni ona görə seçmişik ki, bu tarix ordu günündən əvvəlki gündür, çünki ənənəvi olaraq yanvarın 28-də rəsmilər “Yerablur”da olurlar”.

Müxalifət 27 yanvar tarixinin seçilməsinə qarşı çıxaraq başqa bir günün, məsələn, 44 günlük müharibənin başlandığı 27 sentyabr tarixinin seçilməsini təklif edib. Nəticədə həmin gün ümumxalq matəm gününə çevrilib və hər kəs ölənlərin məzarlarını ziyarət edir. Əslində isə hakimiyyət elə bir gün seçib ki, bu tarix geniş ictimaiyyət tərəfindən qəbul olunmasın, onlar “Yerablur”a təhlükəsiz və təkbaşına gedə bilsinlər”, - deyə KİV bildirib.

Nəşrin məlumatına görə, son illərdə Paşinyan və onun ətrafı nə sentyabrın 27-də, nə də yanvarın 28-də “Yerablur”u ziyarət ediblər ki, bu da ciddi müzakirələrə və tənqidlərə səbəb olub.

“Ötən gün isə hakimiyyət bu boşluğu doldurub.

Qeyd edək ki, müxalifət nümayəndələri ötən gün “Yerablur”a getməyiblər və bunu bu gün edəcəklər. Yalnız Artur Vanetsyan yanvarın 27-də “Yerablur”u ziyarət etməyi qərara alıb. Bundan başqa, ötən gün II Qaregin də günə həsr olunmuş şəkildə ölənlərin ruhuna dua etməyi planlaşdırıb. Diqqətçəkən məqam ondan ibarətdir ki, 27 yanvar həm də yəhudilərin soyqırımı olan Holokostun xatirə günüdür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin