Növbəti köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

2026/01/Ekran-1769571312.jpg
Oxunub: 949     13:38     28 Yanvar 2026    
Cəbrayılın Horovlu kəndində köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

***

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Ordu.az xəbər verir ki, sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bundan əvvəl kəndə bir neçə dəfə köç olub. Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndi 20 ailə (77 nəfər) köçürülüb.

***

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Ordu.az xəbər verir ki, respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurda qayıdırlar.

Bu mərhələdə Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbrayıl   Horovlu  


Bizi "telegram"da izləyin