Qırğızıstanda Azərbaycanla əlaqələrin gücləndirilməsi müzakirə edilib

2025/09/photo-1758613693.jpg
Oxunub: 375     16:18     26 Yanvar 2026    
Qırğızıstanın Joqorku Keneşdə (parlament) Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə həsr olunmuş dinləmələr keçirilib.

Ordu.az Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qırğızıstanın Azərbaycan və Gürcüstandakı səfiri Maksat Mamıtkanov məruzə ilə çıxış edib.

Məlumata görə, müzakirələr zamanı komitə üzvləri bir sıra məsələlərə, xüsusilə Azərbaycan və Gürcüstanla siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin gücləndirilməsinə diqqət yetiriblər.

İclas zamanı 2025-ci ildə Qırğızıstanın Azərbaycanla ticarət dövriyyəsinin 10 milyon dollar təşkil etdiyi qeyd edilib və Azərbaycan-Qırğızıstan inkişaf fondunun fəaliyyətinin aktivləşməsinin zəruriliyi vurğulanıb.

Həmçinin, iclas iştirakçıları mədəni-humanitar əməkdaşlığın inkişafını müzakirə edib, bunun dövlətlərarası əlaqələrin və xalq diplomatiyasının gücləndirilməsi üçün əhəmiyyətini qeyd ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin