Ordu.az xəbər verir ki, bu barədə erməni hakim David Dabağyan bu gün keçirilən məhkəmə iclasında müşavirə otağından qayıtdıqdan sonra məlumat verib.
Dövlət ittihamçısı Tiqran Muradyan yepiskopun həbs müddətinin üç ay uzadılması ilə bağlı vəsatət qaldırıb.
Xatırladaq ki, yepiskop Mkrtıç Proşyan 2025-ci il oktyabrın 16-dan iki ay müddətinə həbs olunub, daha sonra həbs müddəti əlavə iki ay uzadılıb.
Proşyan iki maddə üzrə ittiham olunur: hakimiyyət və ya xidməti səlahiyyətlərdən istifadə etməklə seçki hüququna mane olmaq və yenə də səlahiyyətlərdən istifadə etməklə toplantılarda iştiraka məcbur etmək.
Qeyd olunan cinayət işi üzrə zərərçəkmiş qismində Aramayis Taxmazyan (vəzifədən kənarlaşdırılmış keçmiş keşiş Tade) və Stepan Asatryan (vəzifədən kənarlaşdırılmış keçmiş keşiş Aram) tanınıb.
Alpər Mövludoğlu
Ordu.az