Gideon Saar: "İsrail və Azərbaycan öz regionlarında sabitliyin dayağıdır"

2026/01/1768045406.jpg
Oxunub: 332     15:13     26 Yanvar 2026    
İnkişaf etmiş iqtisadiyyata malik olan Azərbaycan və İsrail regionlarımızda sabitliyin dayağıdır.

Ordu.az xəbər verir ki, bunu xarici işlər naziri Gideon Saar azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşün yekunlarına dair bildirib.

"Əziz dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. İnkişaf etmiş iqtisadiyyata malik olan İsrail və Azərbaycan regionlarımızda sabitliyin dayağıdır. Bu gün məni müşayiət edən yüksək səviyyəli biznes-iqtisadi nümayəndə heyəti strateji və iqtisadi əlaqələrimizi gücləndirmək istəyimizin ifadəsidir. Həmkarımla Qüdsdə görüşməyi səbirsizliklə gözləyirəm", - o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin