Ceyhun Bayramov: "Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndirib"

2025/12/1766753732.jpg
Oxunub: 306     13:48     26 Yanvar 2026    
Azərbaycan və İsrail Mərkəzi Asiya bazarlarına birgə çıxış perspektivlərini qiymətləndiriblər.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda israilli həmkarı Gideon Saarla birgə keçirilən brifinqdə bildirib.

"İsrailli həmkarım Gideon Saarla görüş zamanı İsrail iş adamları üçün Azərbaycandakı imkanlar və perspektivlər qiymətləndirilib. Xüsusilə, azad iqtisadi zona, Azərbaycanda layihələrin həyata keçirilməsi, həmçinin çox böyük və perspektivli Mərkəzi Asiya bazarına çıxış kimi istiqamətlərdə çox maraqlı fikir mübadiləsi baş tutdu", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İsrail  


Bizi "telegram"da izləyin