İsrail Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

2026/01/fg45f-1769421514.jpg
Oxunub: 351     13:22     26 Yanvar 2026    
İsrail Azərbaycanla ticarət-iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədir.

Ordu.az-ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Məhz buna görə biz Azərbaycana böyük nümayəndə heyəti ilə gəlmişik. Heyətin tərkibində təkcə İsrailin İqtisadiyyat Nazirliyindən 40-dan çox şəxs var. Eyni zamanda ölkələrimiz arasında turist axını artıq artıb və biz bu göstəricinin 2026-cı ildə daha da artacağını gözləyirik", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin