Ordu.az xəbər verir ki, o bunu Azərbaycana səfəri çərçivəsində müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşündə bildirib.
V.Mustafayev V.Koakerin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın müdafiə sənayesi sektorunun dayanıqlı inkişaf mərhələsində olduğunu və beynəlxalq tərəfdaşlıqların bu inkişafda mühüm rol oynadığını vurğulayıb.
Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, istehsal imkanları, yeni texnologiyaların tətbiqi haqqında geniş məlumat verib. V.Mustafayev, həmçinin Birləşmiş Krallıqla müdafiə sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı fayda gətirəcəyinə inandığını diqqətə çatdırıb.
V.Koaker Azərbaycanın regional sabitlik və təhlükəsizlik sahəsində oynadığı rolu yüksək qiymətləndirib.
Qonaq iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib.
Ordu.az