Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
"Biz onlara bu barədə xəbərdar etmədik, onların bundan məlumatı olmayıb", - o əlavə edib.
ABŞ lideri, həmçinin Tehranın nüvə obyektlərindən uran ehtiyatlarını əvvəlcədən çıxara bilməyəcəyinə əminliyini bir daha vurğulayıb.
Bundan əlavə, Tramp deyib ki, heç kim ABŞ-nin Fordodakı nüvə obyektinə hücum edəcəyini təsəvvür edə bilməzdi, çünki hamı onun keçilməz olduğunu deyirdi.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran əks hücuma keçib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra deyib ki, İsrail və İran iyunun 24-də qüvvəyə minən atəşkəs barədə razılığa gəliblər.
Ordu.az