Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb

2025/04/1745817559.jpg
Oxunub: 399     18:26     28 İyun 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla son görüşünün çox uğurlu olduğunu açıqlayıb.

Ordu.az-ın məlumatına görə, o, bu barədə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

"Ukraynaya "Patriot" havadan müdafiə sistemlərinin tədarükü və Rusiyaya qarşı sanksiya rejiminin gücləndirilməsi barədə uğurlu danışığımız oldu. İlk növbədə Ukrayna səmasını necə qorumaq və danışıqlar prosesi ilə bağlı digər addımları müzakirə etdik. Həmçinin Rusiyaya qarşı sanksiyaların artırılması, ABŞ ilə müvafiq sazişin imzalanmasından sonra ikitərəfli münasibətlərimizin inkişafından danışdıq", - Zelenski deyib.

Ukrayna lideri əlavə edib ki, tərəflər müdafiə, xarici işlər nazirlikləri və digər səviyyələrdə əlaqələr barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tramp  


Bizi "telegram"da izləyin