Zelenski: "Ukrayna Trampın komandası ilə ünsiyyəti davam etdirəcək"

2025/04/1744913247.jpg
Oxunub: 430     16:47     28 İyun 2025    
Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.

Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Biz razılaşdıq - müdafiə nazirləri, həmçinin ABŞ dövlət katibi və xarici işlər naziri, eləcə də müxtəlif səviyyələrdə ofisimin rəhbəri və ABŞ tərəfindən onun həmkarları ünsiyyətdə olacaqlar", - Zelenski Kiyevdə Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin