Fransa döyüş təyyarələri İran PUA-larını vurdu

2025/06/1751101097.jpg
Oxunub: 408     12:37     28 İyun 2025    
Fransanın müdafiə naziri Sebastyan Lekornü İrana məxsus və İsrail istiqamətində irəliləyən 10-dan az sayda Pilotsuz Uçuş Aparatının (PUA) Fransa döyüş təyyarələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Lekornü ölkəsinin İsrailin İrana qarşı hücumlarına dəstək vermədiyini, yalnız İsrail bazalarını müdafiə etdiyini bildirib.

Fransa müdafiə naziri Fransa parlamentində keçirilən iclasda Yaxın Şərqdəki son hadisələrlə bağlı açıqlamalar verib. Lekornü İrandan İsrail istiqamətində irəliləyən 10-dan az sayda PUA-nın Fransaya məxsus “Rafale” döyüş təyyarələri tərəfindən zərərsizləşdirildiyini söyləyib.

Nazir mövzu ilə bağlı sosial media platformasında etdiyi paylaşımda qeyd edib: “Bu PUA-lar İsrail istiqamətində idi”.

Fransız nazir ölkəsinin İsrailin İrana qarşı hücumlarına qatılmadığını bildirib. “Fransa hücumda iştirak etmədi. Yalnız legitim müdafiə çərçivəsində bölgədəki bazalarımızı müdafiə etdik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   İran   PUA  


Bizi "telegram"da izləyin