Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Niderlandda keçirilən NATO Sammiti çərçivəsində Cənubi Koreyanın Milli Təhlükəsizlik Məsləhətçisi Vi Sunq-lak ilə NATO-nun Baş katibi Mark Rutte görüş keçirib.
Prezident Administrasiyasından verilən məlumata görə, Vi görüş zamanı prezident Li Jae-Myonqun sammitə qatıla bilməməsinin səbəblərini izah edən və Cənubi Koreya-NATO tərəfdaşlığını dərinləşdirmək öhdəliyini ifadə edən şəxsi məktubu Rutteyə təqdim edib.
Görüş zamanı Vi ölkəsinin NATO ilə əlaqələrini dərinləşdirmək istədiyini bildirib və müdafiə sahəsində əməkdaşlığı artırmaq məqsədilə işçi səviyyəsində məsləhət qurumu yaradılması barədə razılıq əldə edildiyini bildirib.
Eyni zamanda, Vi Yaponiya, Avstraliya və Yeni Zelandiya nümayəndələri ilə bir sessiyada iştirak edərək, NATO ilə Hind-Sakit okean tərəfdaşları arasında əməkdaşlığı artırmağa yönəlmiş birgə bəyanatı da imzalayıb.
Sevinc Əliyeva
Ordu.az