Cənubi Koreya yerli istehsal olunan uzaqmənzilli havadan yerə idarəolunan raketi sınaqdan keçirib

2025/06/1750933707.jpg
Oxunub: 433     14:55     27 İyun 2025    
Cənubi Koreya inkişaf etdirdikləri yerli istehsal olunan uzaqmənzilli havadan yerə idarəolunan raketin sınağını uğurla həyata keçirdiklərini açıqlayıb.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Müdafiə Tədarük Proqramı Agentliyinin (DAPA) rəsmiləri Hərbi Hava Qüvvələri bölməsində keçirilən sınaqla bağlı açıqlama verib.

Rəsmilər raketin təhlükəsizliyini və funksiyalarını pozmadan təyyarədən ayrılıb-ayrılmadığını təsdiqləmək üçün aparılan sınağın uğurla nəticələndiyini bildiriblər.

Onlar raketin 2018-ci ildə başladılan və dəqiq zərbələr endirmək üçün KF-21 tipli qırıcı təyyarələrə yerləşdirilməsi planlaşdırılan uzaqmənzilli raket inkişaf proqramı üçün dönüş nöqtəsi olduğunu qeyd ediblər.

Məlumata görə, raket 2027-ci ildən KF-21 ilə tam inteqrasiya sınaqlarına başlanmazdan əvvəl FA-50 yüngül hücum təyyarələri ilə müxtəlif sınaqlardan keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Raket  


Bizi "telegram"da izləyin