Tramp İran və İsrail arasındakı atəşkəsi şərh edib

2025/06/1750480029.jpg
Oxunub: 906     06:24     24 İyun 2025    
İsrail və İran arasında bağlanmış atəşkəsin zaman məhdudiyyəti yoxdur, o “əbədi qüvvədə olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, atəşkəs müddətsizdir. O əbədi davam edəcək”, – siyasətçi əmin edib.

O əlavə edib ki, müharibə “tamamilə başa çatıb” və İsrail ilə İranın “bir daha bir-birinə atəş açacağına” inanmadığını bildirib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Təl-Əviv və Tehran 24 saat ərzində “12 günlük müharibənin rəsmi dayandırılması” olacaq atəşkəs barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran   İsrail  


Bizi "telegram"da izləyin