Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar

2025/06/1750682499.jpg
Oxunub: 834     04:08     24 İyun 2025    
London və Kiyev uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) və dron-müdafiə sistemlərinin birgə istehsalını başlatmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqların nəticələrinə dair teleqramda bildirib.

“<...> Bu sahədə qarşılıqlı əməkdaşlıq Ukraynaya mühüm layihələrin, xüsusilə də dron-müdafiə sistemlərinin və uzaqmənzilli dronların istehsalı üçün sabit maliyyələşdirmə əldə etməyə imkan verəcək”, – Ukrayna lideri vurğulayıb.

Onun sözlərinə görə, danışıqlar zamanı Kiyev həmçinin Britaniyadan Ukraynanın hava hücumundan müdafiə sisteminin (HHM) gücləndirilməsinə nail olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Britaniya   PUA  


Bizi "telegram"da izləyin