Ordu.az-ın məlumatına görə, bu barədə D.Tramp sosial şəbəkədə yazıb.
"Mən Qətərin çox hörmətli əmirinə regionda sülhün bərqərar olması üçün etdiklərinə görə təşəkkür etmək istərdim", - deyə o qeyd edib.
O, Qətərdəki Amerika bazasına bugünkü hücumdan danışaraq vurğulayıb: “Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, son dərəcə vacib olan amerikalı itki və xəsarətlərin olmaması ilə yanaşı, Qətərlilər arasında da itkiləri yoxdur”.
"Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!", deyə Tramp yekunlaşdırıb.
Ordu.az