Tovuzda Birinci Qarabağ müharibəsinin şəhidi Fuad Ələsgərov dəfn edilib - YENİLƏNİB (VİDEO+FOTOLAR)

2025/06/ec62e-1750428347.jpg
Oxunub: 1102     16:01     20 İyun 2025    
Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovla Tovuzda keçirilən vida mərasimi başa çatıb.

Ordu.az-ın qərb bürosunun məlumatına görə, F.Ələsgərov Ağbaşlar kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.



***

Qalıqları Xocavənd rayonunda tapılan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fuad Cəfər oğlu Ələsgərovun meyitinin qalıqları Tovuz rayonuna gətirilib.

Ordu.az-ın qərb bürosunun məlumatına görə, şəhidin nəşi rayonun Ağbaşlar kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Fuad Cəfər oğlu Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşüb.

F.Ələsgərov Ağbaşlı kənd qəbiristanlığında dəfn olunacaq.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Tovuz   Şəhid  


Bizi "telegram"da izləyin